Əsas Səhifə > Cəmiyyət > Şuşa şəhərciyindəki evdən yeddi min manat oğurlayan şəxs TUTULDU
Şuşa şəhərciyindəki evdən yeddi min manat oğurlayan şəxs TUTULDU1-11-2022, 14:45 |
|
Ramana qəsəbəsinin Şuşa şəhərciyindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Ramana qəsəbəsinin Şuşa şəhərciyindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin qohumu - Yevlax rayon sakini N.İmamquliyev saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb. Ruhbrika.Az Geri qayıt |