Əsas Səhifə > Cəmiyyət > Rəsmi Noyabrda 10 gün iş olmayacaq
Rəsmi Noyabrda 10 gün iş olmayacaq2-11-2022, 11:16 |
|
Noyabr ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb. ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, bu ay 4 gün ardıcıl iş olmayacaq. Nazirlər Kabinetinin qərarına görə isə bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6, 7, 8 və 9-da ölkədə qeyri-iş günü olacaq. Bununla da noyabrda həftəsonları ilə birgə 10 gün iş olmayacaq. Rubrika.Az Geri qayıt |