Əsas Səhifə > Dünya > Paşinyanın İran səfərinin PƏRDƏARXASI - İNCƏLƏMƏ...
Paşinyanın İran səfərinin PƏRDƏARXASI - İNCƏLƏMƏ...3-11-2022, 15:50 |
![]() Ermənistanın Baş naziri Nikol Paşinyan İrana səfər edib. RUBRİKA.AZ bildirir ki, o, Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. Qeyd edək ki, dünən Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Bunun həmən ardından isə Paşinyanın Tehrana getməsi diqqət çəkib. Artıq ikinci aydır ki, sərt etiraz aksiyalarının yaşandığını İrana səfər etməkdə onun məqsədin nə olduğu müzakirə mövzusuna çevrilib. Bir çox mənbələr Paşinyanın İrana dronların alınması ilə bağlı getdiyini iddia edir. İstənilən halda, onun Rusiyadan sonra İrana getməsi birmənalı qarşılanmır. Çünki özünün qərbyönümlü olduğunu söyləyən bir dövlət başçısının Qərbin ağır sanksiyalar tətbiq etdiyi ölkələrlə yaxınlaşması suallar doğurur. Hansı ki, son olaraq İranın Ukraynadakı müharibədə Rusiyaya dron sataraq dəstək olduğuna dair faktlar da ortaya çıxıb. Bütün bunların fonunda, Paşinyanın İran və Rusiya ilə yaxınlaşması Ermənistan üçün sonun başlanğıcı ola bilər? Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, əslində Ermənistanın İranla əlaqələri məcburiyyət yaradan bir vəziyyətdir: “Çünki Ermənistanın quru yolla başqa çıxışı yoxdur. Onların yeganı çıxış yolu İran olduğu üçün Qərb dünyası tərəfindən tərəflər arasındakı yaxınlaşma zaman-zaman gözardı edilə bilir. Həmçinin, Ermənistan ordusunun müasir silahlarla təchiz olunmasında problemlər olduğu üçün İrandan müəyyən kamikadze dronlarının alınması gündəmdədir. Belə olan halda, Ermənistan və İran arasında hərbi əməkdaşlıq məsələsi də müzakirə predmeti olacaq. Lakin Ermənistanın İrandan dronlar almasına Qərbin ciddi bir reaksiya verəcəyini düşünmürəm. Hesab edirəm ki, Azərbaycan da bu yöndə düşünərək, qabaqlayıcı addımlar atmalıdır. Yəni Ermənistanın İrandan aldığı dronların saxlanılacağı anbarlar Azərbaycan Ordusu tərəfindən məhv olunmalıdır”. Politoloqun sözlərinə görə, indiki vəziyyətdə Ermənistan İrandan dronlar alsa belə, sanksiyalara məruz qalmayacaq: “Çünki dünya güclərinin mövcud olduğu ölkələrdə çox ciddi erməni diasporları var. Həmin diasorlar isə Ermənistana tətbiq olunacaq hansısa sanksiyaların qarşısını ala bilir. Üstəlik, Nikol Paşinyanın siyasət xəttinin istiqaməti Qərbədir və getdikcə Ermənistan Rusiyadan daha çox uzaqlaşacaq. Ona görə də Qərbin bu xüsusda Ermənistana və ya Nikol Paşinyana qarşı hansısa sanksiya tətbiq edəcəyini düşünmürəm”. Rubrika.Az Geri qayıt |