Əsas Səhifə > İdman > Avropa Liqasının qrup mərhələsində son tur: Hansı klublar mərhələ adlayacaq? - AFİŞA
Avropa Liqasının qrup mərhələsində son tur: Hansı klublar mərhələ adlayacaq? - AFİŞA3-11-2022, 09:33 |
|
UEFA Avropa Liqasında bu gün qrup mərhələsinə yekun vurulacaq. Oxu.Az xəbər verir ki, VI turda ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutacaq. Türkiyə təmsilçilərindən “Fənərbağça” Polşada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gələcək. B qrupunun digər maçtında Fransa “Renn”i Kiprin AEK (Larnaka) klubunu qəbul edəcək. Qrupda “Renn” və “Fənərbağça” ilk iki pilləni təmin edib. Oyunlar qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq. Qonşu ölkənin digər komandası “Trabzonspor” Macarıstan “Ferentsvaroş”unu qəbul edəcək. H qrupunda “Monako” (Fransa) - “Srvena Zvezda” (Serbiya) matçı da baş tutacaq. Sonuncu tur görüşlərindən sonra “Midtüllan” (Danimarka), “Şturm” (Avstriya), “Feyenoord” (Niderland), “Latsio” (İtaliya), “Qarabağ” (Azərbaycan), “Nant” (Fransa), “Monako” (Fransa), “Srvena Zvezda” (Serbiya), “Trabzonspor” (Türkiyə), “Lüdoqorets” (Bolqarıstan), “Roma” (İtaliya), “Yunion” (Berlin, Almaniya) və “Braqa” (Portuqaliya) növbəti mərhələyə vəsiqə qazana bilər. Daha əvvəl “Arsenal” (İngiltərə), PSV (Niderland), “Fənərbağça” (Türkiyə), “Renn” (Fransa), “Betis” (İspaniya), “Yunion” (Belçika), “Mançester Yunayted” (İngiltərə), “Real Sosyedad” (İspaniya), “Frayburq” (Almaniya) və “Ferentsvaroş” (Macarıstan) qrupdan çıxmağı təmin ediblər. UEFA Avropa Liqası, qrup mərhələsi VI tur A qrupu 00:00. “Arsenal” (İngiltərə) – “Sürix” (İsveçrə) 00:00. “Budö Qlimt” (Norveç) - PSV (Niderland) Xal durumu: “Arsenal” - 12, PSV - 10, “Budö Qlimt” - 4, “Sürix” – 3. B qrupu 00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə) 00:00. “Renn” (Fransa) - AEK (Larnaka, Kipr) Xal durumu: “Fənərbaxça” – 11, “Renn” - 11, AEK – 4, “Dinamo” – 1. C qrupu 00:00. “Roma” (İtaliya) – “Lüdoqorets” (Bolqarıstan) 00:00. “Betis” (İspaniya) - HİK (Finlandiya) Xal durumu: “Betis” - 13, “Lüdoqorets” - 7, “Roma” - 7, HİK – 1. D qrupu 00:00. “Yunion” (Belçika) – “Yunion” (Berlin, Almaniya) 00:00. “Braqa” (Portuqaliya) – “Malmö” (İsveç) Xal durumu: “Yunion” - 13, “Yunion” (Berlin) - 9, “Braqa” - 7, “Malmö” – 0. E qrupu 21:45. “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 21:45. “Şerif” (Moldova) – “Omoniya” (Kipr) Xal durumu: “Real Sosyedad” - 15, “Mançester Yunayted” - 12, “Şerif” - 3, “Omoniya” – 0. F qrupu 21:45. “Midtüllan” (Danimarka) – “Şturm” (Avstriya) 21:45. “Feyenoord” (Niderland) – “Latsio” (İtaliya) Xal durumu: “Latsio” - 8, “Şturm” – 8, “Feyenoord” - 5, “Midtüllan” – 5. G qrupu 21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) 21:45. “Olimpiakos” (Yunanıstan) – “Nant” (Fransa) Xal durumu: “Frayburq” - 13, “Qarabağ” - 7, “Nant” - 6, “Olimpiakos” – 2. H qrupu 21:45. “Trabzonspor” (Türkiyə) – “Ferentsvaroş” (Macarıstan) 21:45. “Monako” (Fransa) – “Srvena Zvezda” (Serbiya) Xal durumu: “Ferentsvaroş” - 10, “Monako” - 7, “Trabzonspor” - 6, “Srvena Zvezda” – 6. Rubrika.Az Geri qayıt |