Əsas Səhifə > Aktual > Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub


3-11-2022, 22:00
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb
...
Noyabrın 3-ü saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə PİA.az-a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Rubrika.Az
Geri qayıt