Əsas Səhifə > Dünya > Dünyada varlı insanların sayı niyə azalıb?
Dünyada varlı insanların sayı niyə azalıb?11-11-2022, 09:54 |
![]() Nyu-Yorkda yerləşən “Wealth-X” Araşdırma Mərkəzinin çərşənbə günü dərc etdiyi hesabata görə, sərvəti 30 milyon dollar və ya daha çox olan insanların sayı 2018-ci ildən bəri ilk dəfə 6% azalıb. Hazırda belə şəxslərin sayı 392 410 nəfərdir. Azalmanın təsir etmədiyi yeganə ölkə Çindir. Belə ki, burada zənginlərin sayı 2,3% artıb. Analitiklərin fikrincə, belə dəyişikliklərin səbəbləri arasında Ukraynadakı münaqişənin yaratdığı iqtisadi sarsıntılar var. Onlar həmçinin qeyd edirlər ki, son illərin tarixi maksimumlarından sonra ən zəngin insanların ümumi sərvəti 11% azalaraq 41,8 trilyon dollara çatıb. Rubrika.Az Geri qayıt |