Əsas Səhifə > Dünya > Rosaviasiya Rusiyanın 11 hava limanına uçuşlarına məhdudiyyətləri noyabrın 21-dək uzadıb
Rosaviasiya Rusiyanın 11 hava limanına uçuşlarına məhdudiyyətləri noyabrın 21-dək uzadıb11-11-2022, 12:26 |
|
Rusiya Federasiyası Ukraynada keçirilən xüsusi əməliyyat fonunda 24 fevral 2022-ci il tarixindən etibarən hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb. Rubrika.az bildirir ki, Federal Hava Nəqliyyatı Agentliyi Rusiya Federasiyasının cənubundakı və mərkəzindəki 11 hava limanına uçuşların məhdudlaşdırılmasını noyabrın 21-dək uzadıb. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir. “Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların məhdudlaşdırılması rejimi 2022-ci il noyabrın 21-dək uzadılıb”, - məlumatda deyilir. Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb. 2022-ci il fevralın 24-dən Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb. Rubrika.az Geri qayıt |