Əsas Səhifə > Qanun > Azərbaycanlıların Fransa Senatının ermənipərəst qətnamə layihəsinin əleyhinə hazırladığı petisiyanı 110 minə yaxın şəxs imzalayıb
Azərbaycanlıların Fransa Senatının ermənipərəst qətnamə layihəsinin əleyhinə hazırladığı petisiyanı 110 minə yaxın şəxs imzalayıb11-11-2022, 16:35 |
|
Azərbaycanlıların Fransa Senatının ermənipərəst qətnamə layihəsinə cavab olaraq hazırladığı petisiyanı 110 000-ə yaxın şəxs imzalayıb. Rubrika.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsinə baxılması nəzərdə tutulur: "Qətnamə layihəsi bir çox azərbaycanlıların hiddətinə səbəb olub və onun əleyhinə nüfuzlu "Mesopinions.com" petisiya saytında Fransa Senatına, hökumətinə və xalqına ünvanlanmış və qısa müddətdə 110 000-ə yaxın imza toplamış müraciət yerləşdirilib. Lakin Fransa tərəfi sözügedən petisiyaya əhəmiyyət vermir". RUBRİKA.AZ Geri qayıt |