Əsas Səhifə > Dünya > Rusiya və BMT arasında taxıl sazişi ilə bağlı görüş baş tutub
Rusiya və BMT arasında taxıl sazişi ilə bağlı görüş baş tutub11-11-2022, 16:55 |
![]() Cenevrədə BMT və Rusiya nümayəndələrinin taxıl sazişinə həsr olunmuş görüşü keçirilir. Rubrika.Az bildirir ki, bu barədə təşkilatın Cenevrədəki baş qərargahının mətbuat xidmətinin rəhbəri Alessandra Velluççi brifinqdə bildirib:
“Görüş başladı, o, Millətlər Sarayında keçirilir”. Görüş iştirakçıları iyulun 22-də İstanbulda imzalanmış iki sazişin tam şəkildə həyata keçirilməsi üçün BMT-nin baş katibi Antonio Quterreşin səylərinin dəstəklənməsi üzrə məsləhətləşmələri davam etdirəcəklər. “Bu müzakirələrin Rusiyadan dünya bazarlarına maneəsiz ərzaq və gübrə ixracının asanlaşdırılmasında irəliləyişə töhfə verəcəyinə ümid edilir”, - deyə Veluççi qeyd edib. Rubrika.Az Geri qayıt |