Əsas Səhifə > Cəmiyyət > Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI
Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI15-11-2022, 08:43 |
![]() Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır: 1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 6. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində; 7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində; 9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 12. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində; 13. Babək prospekti, mərkəz istiqamətində; 14. “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur. Rubrika.az Geri qayıt |