Əsas Səhifə > Dünya > Norveç ABŞ-dan tarixində ən böyük silah partiyasını alıb
Norveç ABŞ-dan tarixində ən böyük silah partiyasını alıb18-11-2022, 12:16 |
|
Noyabrın 15-də Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib ki, Norveç hökuməti F-35 qırıcıları üçün ABŞ-dan 500 milyon dollarlıq hava-hava tipli AMRAAM-D raketləri alıb. “Bu, həm Norveçin müdafiə qabiliyyətinin artırılması, həm də Norveç-Amerika əməkdaşlığı üçün çox mühüm addımdır”, - Qram deyib. Onun sözlərinə görə, hazırkı qeyri-sabit təhlükəsizlik şəraitində belə razılaşmalar çox vacibdir. Qeyd olunur ki, raketlər 2028-ci ilədək Norveçə çatdırılacaq. Rubrika.Az Geri qayıt |