Əsas Səhifə > Cəmiyyət > Müharibə başlayandan Ukraynada 60 azərbaycanlı itkin düşüb

Müharibə başlayandan Ukraynada 60 azərbaycanlı itkin düşüb


17-11-2022, 17:21
Müharibə başlayandan Ukraynada 60 azərbaycanlı itkin düşüb

Ukraynada kommunal xidmətlərlə bağlı böhran hələ də davam edir...

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Krivoy Roq, Zaporojye və Dnepropetrovsk vilayətləri yenidən raket zərbələrinə məruz qalıb.

Qeyd edilib ki, Ukraynada kommunal xidmətlərlə bağlı böhran hələ də davam edir.

O da bildirilib ki, Xerson və Nikolayev istiqamətində səkkiz azərbaycanlı itkin düşüb.

“Hesablamalarıma görə, Ukraynada müharibə başlayandan bəri 60 azərbaycanlı itkin düşüb. Onlar Mariupol, Donetsk və Xarkovda ağır döyüşlərin getdiyi dövrdə itkin düşən azərbaycanlılardır”, - deyə jurnalist əlavə edib.

Rubrika.Az
Geri qayıt