Əsas Səhifə > Bölgə > ANAMA: Azərbaycanda indiyə qədər təxminən 550 qadın və uşaq minaya düşüb

ANAMA: Azərbaycanda indiyə qədər təxminən 550 qadın və uşaq minaya düşüb


18-11-2022, 11:30
ANAMA: Azərbaycanda indiyə qədər təxminən 550 qadın və uşaq minaya düşüb

"1992-ci ildən 2020-ci ilə qədər 3079 nəfər minadan zərər görüb"...

Rubrika.Az xəbər verir ki, bunu ANAMA-nın İdarə rəisi Ramil Əzizov “Mina Təhlükəsi İlə Mübarizə: Çağırışlar və İmkanlar” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, 2020-ci ildən, noyabrda müharibə bitəndən bu günə kimi isə 268 nəfər minaya düşüb.

O bildirib ki, indiyə qədər minaya düşənlərin təxminən 550 nəfərini qadın və uşaqlar təşkil edib.

Rubrika.Az
Geri qayıt