Əsas Səhifə > Səhiyyə > İcbari tibbi sığorta xidmətləri daha 1 il vergidən azad edilib

İcbari tibbi sığorta xidmətləri daha 1 il vergidən azad edilib


18-11-2022, 15:08
İcbari tibbi sığorta xidmətləri daha 1 il vergidən azad edilib

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib...

Parlament Azərbaycanda icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin daha 1 il vergidən azad edilməsinə dair layihəni I oxunuşda qəbul edib.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hazırda qüvvədə olan məcəlləyə əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddır. Dəyişikliyə əsasən, həmin müddət 4 il olacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib

RUBRİKA.AZ
Geri qayıt