Əsas Səhifə > İstisadiyyat > Politico: Aİ Rusiyanın 68 milyard avroluq aktivlərini dondurdu

Politico: Aİ Rusiyanın 68 milyard avroluq aktivlərini dondurdu


18-11-2022, 17:35
Politico: Aİ Rusiyanın 68 milyard avroluq aktivlərini dondurdu

Nəşrin məlumatına görə, təxminən 33,8 milyard avro Rusiya Federasiyasının milli ehtiyatlarına düşə bilər, lakin hələlik dəqiq rəqəm məlum deyil.

"Politico" qəzeti Avropa Komissiyasının daxili sənədinə istinadən cümə günü bildirib ki, Avropa İttifaqı Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub.
Nəşrin məlumatına görə, aktivlərin əsas hissəsi Belçika (50 milyard avro) və Lüksemburqda (5,5 milyard avro) dondurulub. Dondurulmuş aktivlərin 90%-dən çoxu bu iki ölkə, həmçinin Avstriya, İrlandiya, İtaliya, Fransa və Almaniyanın payına düşür.
Eyni zamanda, 33,8 milyard avroya münasibətdə Rusiya Federasiyasının milli ehtiyatları haqqında danışmaq olar, lakin dəqiq rəqəm hələ məlum deyil.
Oktyabrın sonunda Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand ORF radiosunda elan edib ki, Avropa İttifaqı tərəfindən dondurulmuş Rusiya aktivlərinin məbləği 17,5 milyard avrodur.Söhbət sanksiyalar altında olan 1350 fiziki şəxs və təşkilatın aktivlərindən gedir.

RUBRİKA.AZ
Geri qayıt