Əsas Səhifə > Qanun > Anar Əsədli Azərbaycanı niyə TƏRK EDƏ BİLMƏZ? - DİN AÇIQLADI
Anar Əsədli Azərbaycanı niyə TƏRK EDƏ BİLMƏZ? - DİN AÇIQLADI18-11-2022, 17:48 |
![]() Daxili İşlər Nazirliyi Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan xəbərə münasibət bildirib. Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iki vətəndaşdan daxil olmuş şikayət əsasında Anar Əsədlinin barəsində belə bir tətbiq olunub. Nazirlikdən o da bildirilib ki, hər iki vətəndaş şikayəti dələduzluqla bağlıdır: “Belə ki, Anar Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib. Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır”. RUBRİKA.AZ Geri qayıt |