Əsas Səhifə > Dünya > İstanbul terrorçusunun saxta nikah şəhadətnaməsi ortaya çıxdı
İstanbul terrorçusunun saxta nikah şəhadətnaməsi ortaya çıxdı18-11-2022, 18:31 |
|
İstanbulda törədilən terror hücumu haqqında yeni detallar ortaya çıxıb... Beyoğlu İstiqlal küçəsində bombalı hücum törədən Əhlam Əlbəşir və ona bombanı verən Bilal Həsənin Türkiyədə ər-arvad kimi görünmək üçün Suriyada hazırlanan saxta nikah şəhadətnaməsi ortaya çıxıb. Sənədə görə, Əlbəşir 1000 Suriya dinarı qarşılığında Bilal Həsənlə evlənib. Beyoğlu İstiqlal küçəsində 6 nəfərin ölümü, çox sayda insanın yaralanması ilə nəticələnən terror aktı ilə bağlı təfərrüatlar ortaya çıxmağa davam edir. RUBRİKA.AZ Geri qayıt |