Əsas Səhifə > RubrikaTV Video > Moskvadakı gül anbarında baş verən yanğın nəticəsində beş nəfər ölüb - VİDEO
Moskvadakı gül anbarında baş verən yanğın nəticəsində beş nəfər ölüb - VİDEO21-11-2022, 17:43 |
|
Rusiyanın paytaxtı Moskvanın mərkəzində Komsomolskaya meydanında gül anbarında baş verən yanğın nəticəsində beş nəfər ölüb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib. “Saat 23:13-də dağıntıların təhlili zamanı beşinci qurbanın cəsədi tapılıb”, - agentlikdən bildirilib. Eyni zamanda, daha bir nəfərin taleyinin məlum olmadığını qeyd olunub. Qeyd edək ki, Komsomolskaya meydanındakı gül anbarında yanğın yerli vaxtla 15:00 radələrində başlayıb. Xilasedicilər binadan 7 nəfəri təxliyə ediblər. Yanğın nəticəsində birinci və ikinci mərtəbələr arasında tavanlar qismən uçub. Hazırda yanğın lokallaşdırılaraq söndürülüb. Rubrika.az Geri qayıt |