Əsas Səhifə > Cəmiyyət > Avtomobil qəzasında ölən piyada polkovnik-leytenant imiş
Avtomobil qəzasında ölən piyada polkovnik-leytenant imiş21-11-2022, 14:08 |
|
İsmayılda ölümlə nəticələnən yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub... Rubrika.Az APA-ya istinadən bildirir ki, Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə Mərdan Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərdan Əhmədov ehtiyatda olan polkovnik-leytenant imiş. Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. Rubrika.Az Geri qayıt |