Əsas Səhifə > Cəmiyyət > Prokuror Əli Əliyevə cəza istəyib - 4 İL...
Prokuror Əli Əliyevə cəza istəyib - 4 İL...22-11-2022, 13:16 |
![]() Bakı İstintaq təcridxanasında kamera yoldaşını döyməkdə ittiham olunan Vətəndaş İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. RUBRİKA.AZ APA-ya istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Əli Əliyevin verilmiş ittihamlarla təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, Əli Əliyev onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyərək ona xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib. VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib. VİP sədri Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Rubrika.Az Geri qayıt |