Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada 58 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
Azərbaycanda son sutkada 58 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb22-11-2022, 17:19 |
|
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 58 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 824 033 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 785 nəfər müalicə olunaraq sağalıb, hazırda 273 aktiv xəstə var. Bu günə qədər 9 975 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 314, bu günə qədər isə ümumilikdə 7 361 245 test icra olunub. Rubrika.Az Geri qayıt |