Əsas Səhifə > Təhsil > Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarına dəyişiklik edilib
Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarına dəyişiklik edilib22-11-2022, 17:31 |
|
Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarına dəyişiklik edilib. Ruhbrika.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Dəyişikliklə sənədin 1.3.6-1.3.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilib: - Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi; - İnternat tipli lisey; - İnternat tipli gimnaziya; - İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi; - İnteqrasiya təlimli ümumtəhsil məktəbi; - Xüsusi ümumtəhsil məktəbi; - İnternat tipli xüsusi ümumtəhsil məktəbi. Sənədin əvvəlki variantı isə aşağıdakı kimi olub: - Ümumtəhsil internat məktəbi; - İnteqrasiya təlimli internat tipli təhsil müəssisəsi; - İnteqrasiya təlimli ümumi təhsil müəssisəsi; - Xüsusi məktəb; - Xüsusi internat məktəbi; - İnteqrasiya təlimli internat tipli gimnaziya; - Valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi. Rubrika.Az Geri qayıt |