Əsas Səhifə > Araşdırma > Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxardı - BAŞLANDI!

Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxardı - BAŞLANDI!


24-11-2022, 10:25
Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxardı - BAŞLANDI!

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb.

RUBRİKA.AZ bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, R.Rüstəmovun müvafiq əmri ilə, "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.

Qeyd edək ki, Mehman Əhmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub

Rubrika.az
Geri qayıt