Əsas Səhifə > Cəmiyyət > Bakıda bacı qardaşı bıçaqlayıb
Bakıda bacı qardaşı bıçaqlayıb28-11-2022, 09:56 |
|
Bakıda bacı qardaşı bıçaqlayıb. Hadisə noyabrın 28-i saat 02:30 radələrində sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, paytaxt sakini, Məmmədova Püstə Əliabbas qızı yaşadıqları evdə qardaşı 1970-ci il təvəllüdlü Məmmədov Atamoğlan Əliabbas oğlunun sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib. Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, və Püstə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.(report) Rubrika.Az Geri qayıt |