Əsas Səhifə > Aktual > Naxçıvan MR Dövlət Gömrük Komitəsi ləğv edildi - FƏRMAN

Naxçıvan MR Dövlət Gömrük Komitəsi ləğv edildi - FƏRMAN


28-11-2022, 15:48
 Naxçıvan MR Dövlət Gömrük Komitəsi ləğv edildi - FƏRMAN

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Gömrük Komitəsi ləğv edilib.

Rubrika.Az
Geri qayıt