Əsas Səhifə > Qanun > Eyvazov DİN Katibliyinə rəis müavini təyin etdi - ƏMR
Eyvazov DİN Katibliyinə rəis müavini təyin etdi - ƏMR28-11-2022, 01:55 |
![]() Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub. Rubrika.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə R.Allazov DİN-in Katibliyinin rəis müavini təyin olunub. Qeyd edək ki, DİN-in Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir. RUBRİKA.AZ Geri qayıt |