Əsas Səhifə > Qanun > Eyvazov DİN Katibliyinə rəis müavini təyin etdi - ƏMR

Eyvazov DİN Katibliyinə rəis müavini təyin etdi - ƏMR


29-11-2022, 12:33
Eyvazov DİN Katibliyinə rəis müavini təyin etdi - ƏMR

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Rubrika.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə R.Allazov DİN-in Katibliyinin rəis müavini təyin olunub.

Qeyd edək ki, DİN-in Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir.

RUBRİKA.AZ
Geri qayıt