Əsas Səhifə > Dünya > Rusiya ilə sülhdən danışmaq qeyri-ciddilikdir – Alaniya prezidenti

Rusiya ilə sülhdən danışmaq qeyri-ciddilikdir – Alaniya prezidenti


29-11-2022, 10:50
Rusiya ilə sülhdən danışmaq qeyri-ciddilikdir – Alaniya prezidenti

Almaniya prezidenti Frank-Valter Ştanmayer hesab edir ki, hazırkı şəraitdə Ukraynada atəşkəsə nail olmaq Rusiyanın işğalını tanımaq anlamına gəlir…

Frank-Valter Ştanmayer Ukrayna müharibəsində sülh üçün perspektiv görmür. PİA.az xəbər verir ki, o, bu barədə Almaniya mətbuarına danışıb.

Deutsche Welle nəşrinə müsahibəsində Almaniya prezidenti qeyd edib ki, hazırkı şərtlərlə atəşkəs baş verən ədalətsizliyi qəbul etmək anlamına gəlir:

“Atəşkəslə bağlı hər hansı bir çağırış qeyri-ciddilikdir. Çünki hazırkı şərtlərlə atəşkəs baş verən ədalətsizliyi qəbul etmək anlamına gəlir”, deyə Ştanmayer bildirib.

O, hər hansı bir atəşkəsin Ukraynanın 4 vilayətində keçirilən psevdoreferendumun tanınması və rusların uzun müddətə işğalı davam etdirməsi demək olacq:

“Bu isə atəşkəsin məqsədiola bilməz. Ona görə də təəssülə qeyd etməliyəm ki, hazırkı şəraitdə mən sülhlə bağlı çıxış yolu görmürəm”, deyə Almaniya prezidenti vurğulayıb.

RUBRİKA.AZ
Geri qayıt