Əsas Səhifə > Dünya > Mişustin: "Sanksiyalar Rusiyanın makroiqtisadi sabitliyini pozmayıb"

Mişustin: "Sanksiyalar Rusiyanın makroiqtisadi sabitliyini pozmayıb"


29-11-2022, 16:00
Mişustin: "Sanksiyalar Rusiyanın makroiqtisadi sabitliyini pozmayıb"

Baş nazirin sözlərinə görə, "hadisələrin mənfi ssenarilər üzrə inkişafının qarşısını almaq mümkün olub"

RUBRİKA.AZ xəbər verir ki, Rusiyanın maliyyə sistemi sabit qalıb, sanksiyalara baxmayaraq, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb. Bunu Rusiyanın baş naziri Mixail Mişustin çərşənbə axşamı hökumətin iclasında deyib.
"Gündəlikdə olan məsələ bu ilin 9 ayı üzrə federal büdcənin icrası ilə bağlıdır. Çətinliklərə baxmayaraq, onun əsas göstəriciləri tarazlaşdırılmışdır. Sanksiyalar Rusiya maliyyə sisteminin sabitliyini pozmayıb və makroiqtisadi sabitliyə təsir etməyib. " dedi.
Mişustinin sözlərinə görə, “biz hadisələrin mənfi ssenarilər üzrə inkişafının qarşısını ala bildik”. “Görülən sistemli tədbirlər iqtisadiyyatda vəziyyəti sabitləşdirməyə, müəssisələrin və bütöv sənaye sahələrinin fəaliyyətini dəstəkləməyə, regionlarda iş yerlərini qorumağa imkan verib.

RUBRİKA.AZ

Geri qayıt