Əsas Səhifə > İdman > DÇ-2022: Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək
DÇ-2022: Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək30-11-2022, 09:38 |
|
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü turun digər oyunları keçiriləcək. C və D qruplarında mübarizə baş tutacaq. C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var. D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək. Digər üç komandanın pley-off şansları davam edir. DÇ-2022 Qrup mərhələsi, III tur 30 noyabr C qrupu 23:00. Polşa Argentina 23:00. Səudiyyə Ərəbistanı - Meksika Xal durumu: Polşa - 4, Argentina - 3, Səudiyyə Ərəbistanı - 3, Meksika - 1 D qrupu 19:00. Avstraliya - Danimarka 19:00. Tunis - Fransa Xal durumu: Fransa - 6, Avstraliya - 3, Danimarka - 1, Tunis - 1 Qeyd edək ki, hələlik Fransa, Portuqaliya, Braziliya, Niderand, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.(report.az) Rubrika.Az Geri qayıt |