Əsas Səhifə > İdman > DÇ-2022: Bu gün D və C qruplarında növbəti oyunlar keçiriləcək
DÇ-2022: Bu gün D və C qruplarında növbəti oyunlar keçiriləcək30-11-2022, 14:23 |
|
DÇ-2022-də bu gün daha dörd oyun baş tutacaq. RUBRİKA.AZ xəbər verir ki, C və D qruplarında növbəti oyunlar baş tutacaq. C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması isə Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var. D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək. Digər üç komandanın pley-off şansları davam edir. DÇ-2022 Qrup mərhələsi, III tur 30 noyabr C qrupu Ətraflı 23:00. Polşa - Argentina 23:00. Səudiyyə Ərəbistanı - Meksika Polşa - 4, Argentina - 3, Səudiyyə Ərəbistanı - 3, Meksika - 1 D qrupu 19:00. Avstraliya - Danimarka 19:00. Tunis - Fransa Fransa - 6, Avstraliya - 3, Danimarka - 1, Tunis - 1 Hələlik Fransa, Portuqaliya, Braziliya, Niderand, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib. RUBRİKA.AZ Geri qayıt |