Əsas Səhifə > İstisadiyyat > Azərbaycan qeyri-neft ixracını 14 % artırıb
Azərbaycan qeyri-neft ixracını 14 % artırıb7-12-2022, 13:56 |
|
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 milyard 688,09 milyon ABŞ dolları təşkil edib. Rubrika.Az bildirir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur. Təkcə bu ilin noyabr ayında isə Azərbaycan 302,13 milyon ABŞ dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da oktyabr ayına nisbətən 12,2 % çoxdur. Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2020-ci illə müqayisədə 47,2 % artaraq 2 milyard 713,4 milyon ABŞ dolları təşkil edib. Rubrika.Az Geri qayıt |