Əsas Səhifə > İdman > DÇ-2022: Dünya çempionatları tarixində yeni rekord qeydə alınıb
DÇ-2022: Dünya çempionatları tarixində yeni rekord qeydə alınıb7-12-2022, 09:54 |
|
Dünya çempionatları tarixində yeni rekord müəyyənləşib. Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində vurulan ümumi qol sayı ən yüksək göstərici olub. Baş tutan 8 oyunda qapılara ümumilikdə 28 top vurulub. 1/8 finalın ilk dəfə təşkil olunduğu DÇ-1986-dan bəri heç vaxt bu mərhələdə 28 qol qeydə alınmayıb. Raundun ən məhsuldar matçı 7 topun vurulduğu Portuqaliya – İsveçrə (6:1) görüşü olub. Oyunsonrası penaltidən vurulan qollar siyahıya daxil edilməyib. Qeyd edək ki, DÇ-2022-nin 1/4 final mərhələsinə dekabrın 9-da start veriləcək. Rubrika.Az Geri qayıt |