Əsas Səhifə > Dünya > ABŞ Türkiyəyə “F-16” satışına qadağanı götürdü
ABŞ Türkiyəyə “F-16” satışına qadağanı götürdü7-12-2022, 17:04 |
|
ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16”ların satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb. Rubrika.Az xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıblar. Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı nümayəndəsi Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu-Cersi nümayəndəsi demokrat Frent Pellone daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim edilən və qanun layihəsinin Nümayəndələr Palatasının versiyasına əlavə edilərək qəbul edilən Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran heç bir bənd yer almayıb. Rubrika.Az Geri qayıt |