Əsas Səhifə > Cəmiyyət > Sumqayıt-Bakı elektrik qatarı adam vurub - YENİLƏNİB

Sumqayıt-Bakı elektrik qatarı adam vurub - YENİLƏNİB


8-12-2022, 08:47
Sumqayıt-Bakı elektrik qatarı adam vurub - YENİLƏNİB

Sumqayıtdan Bakıya doğru hərəkət edən elektrik qatarı Güzdək qəsəbəsindən keçərkən adam vurub.

Hadisənin intihar olub-olmadığı hələ bilinmir.
Qatar təxminən 30 dəqiqə gecikib və bununla digər qatarların hərəkətində də ləngiməyə səbəb olub.

08:09

Bu gün səhər 07:25-də Sumqayıtdan Bakıya yola düşən elektrik qatarı adam vurub.

Bununla bağlı Oxu.Az-ın hadisə yerində olan müxbiri xəbər verib.
Qatar bələdçisinin verdiyi məlumata görə, qatarın vurduğu şəxs ölüb.
Hadisə nəticəsində qatarların hərəkətində gecikmələr müşahidə edilir.

Rubrika.az
Geri qayıt