Əsas Səhifə > Qanun > Azərbaycanda iki rayona yeni polis rəisi təyin edilib
Azərbaycanda iki rayona yeni polis rəisi təyin edilib8-12-2022, 09:53 |
|
Azərbaycanda iki rayona - Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) yeni rəis təyin edilib. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Qubadlı RPŞ-nin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-nə rəis təyin olunub. Bundan başqa, nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunraq Qubadlı RPŞ-nə rəis təyin edilib. Rubrika.Az Geri qayıt |