Əsas Səhifə > İdman > DÇ-2022: Hakim təyinatı sayı rekord həddə çatdırılıb
DÇ-2022: Hakim təyinatı sayı rekord həddə çatdırılıb8-12-2022, 10:06 |
|
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının bir oyununa təyin olunan hakim sayı rekord həddə çatdırılıb. Turnirin 1/4 final mərhələsindən etibarən hər matçın hakimlər briqadasında 11 nəfər yer alacaq. Bu, mundiallar tarixinin yeni rekordudur. DÇ-2022-nin qrup və 1/8 final oyunlarında 10 referi iş başında olub. Növbəti raunddan ehtiyat VAR köməkçisi də hakimlər briqadasına əlavə olunacaq. Turnirdə 8 komanda qaldığından, FIFA Hakimlər Komitəsi referilərin sayını da azaldıb. 16 baş, 30 köməkçi hakim və 5 VAR köməkçisi dünya çempionatındakı işini yekunlaşdırıb. Mundialın 1/4 final mərhələsinin ilk iki matçının hakim təyinatları da müəyyənləşib. Dekabrın 9-da keçiriləcək Xorvatiya – Braziliya görüşünü ingiltərəli Maykl Oliver, Niderland – Argentina qarşılaşmasını isə ispaniyalı Antonio Mateu Lahoz idarə edəcək.(report.az) Rubrika.Az Geri qayıt |