Əsas Səhifə > Dünya > Zelenski müharibənin gələn il bitəcəyini dedi
Zelenski müharibənin gələn il bitəcəyini dedi8-12-2022, 11:43 |
|
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya ilə müharibə 2023-cü ildə bitə bilər. Rubrika.Az xəbər verir ki, Zelenski bu barədə "Politico"ya müsahibəsində bildirib. "Mən inanıram ki, ukraynalılar gələn il sülh dövrünün ən nüfuzlu xalqı olacaq", - Zelenski deyib. Prezident Ukraynaya kömək edən bütün dövlətlətə təşəkkürünü bildirib. ABŞ-ın "Politico" nəşri Vledimir Zelenskini "2022-ci ilin ən nüfuzlu avropalısı" adlandırıb. Daha əvvəl ABŞ-ın məşhur "Taym" jurnalı da Ukrayna prezidenti V.Zelenskini "İlin adamı" elan edib. Onun cəsurluğu və Rusiya işğalına qarşı xalqın müqavimət ruhunu yüksəltmək bacarığı təqdir olunur. Rubrika.Az Geri qayıt |