Əsas Səhifə > Dünya > Ərdoğan Zelenski ilə Zaporojye AES-dəki vəziyyəti müzakirə edib – YENİLƏNİB
Ərdoğan Zelenski ilə Zaporojye AES-dəki vəziyyəti müzakirə edib – YENİLƏNİB11-12-2022, 22:02 |
|
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı söhbət zamanı Zaporojye AES-dəki vəziyyət də müzakirə olunub. Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Dövlət başçısı tezliklə tərəflərin AES ilə bağlı vəziyyətin həlli yoluna yaxınlaşılacaqlarına ümid etdiyini söyləyib. Prezident Ərdoğan həmçinin görüş zamanı Ukrayna xalqının çətin qış aylarında humanitar yardım ehtiyaclarını qarşılamaq üçün səylərini davam etdirdiklərini bildirib. O, Ukrayna Prezidenti Zelenskinin G-20 Zirvə toplantısında açıqladığı sülh planının həyata keçirilməsi səylərinə verilə biləcək töhfələri də nəzərdən keçirdiklərini bildirib. 19:01 Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla taxıl dəhlizinin mümkün genişləndirilməsini müzakirə edib. Bu barədə Ukrayna dövlətinin başçısı “Twitter” səhifəsində məlumat yayıb. “Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoqu davam etdirdim. Ukraynalı uşaqlar üçün sığınacaq və şəhərlərimiz üçün yüzlərlə generatora görə təşəkkür etdim. O, Türkiyənin Ukraynanın taxıl təşəbbüsünü dəstəklədiyini qeyd etdi. Biz həmçinin gələcək işləri və dəhlizin mümkün genişləndirilməsini müzakirə etdik”, - Zelenski yazıb. Rubrika.az Geri qayıt |