Əsas Səhifə > Araşdırma > Baş Prokurorluq: "Şadlıq sarayında meyit aşkarlanması ilə bağlı araşdırmalara başlanılıb" - Yenilənib

Baş Prokurorluq: "Şadlıq sarayında meyit aşkarlanması ilə bağlı araşdırmalara başlanılıb" - Yenilənib


12-12-2022, 15:37
Baş Prokurorluq: "Şadlıq sarayında meyit aşkarlanması ilə bağlı araşdırmalara başlanılıb" - Yenilənib

Şadlıq sarayında meyit aşkar edilib...

Saatlıda şadlıq sarayında meyit aşkarlanması ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, rayon sakini, 1975-ci il təvəllüdlü İsmayıl İsayevin şadlıq sarayında meyit aşkarlanması ilə bağlı hazırda Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, İ.İsayevin meyiti şadlıq sarayında toydan sonra stolun altında aşkar edilib.

***

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Sarıcalar kənd sakini, 1975-ci il təvəllüdlü İsayev İsmayıl Gözəl oğlunun meyiti toydan sonra kənddə yerləşən "Arzu" şadlıq sarayında, stolun altında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

RUBRİKA.AZ
Geri qayıt