Əsas Səhifə > Dünya > Lokerbi faciəsi: ABŞ Liviya bombardmançısını ələ keçirdi
Lokerbi faciəsi: ABŞ Liviya bombardmançısını ələ keçirdi12-12-2022, 17:42 |
|
34 il əvvəl Lokerbidə ABŞ sərnişin təyyarəsinə edilən və 270 nəfərin öldüyü hücumda bomba hazırlamaqda ittiham olunan Liviya vətəndaşının ABŞ tərəfindən saxlanıldığı bildirilir... 21 dekabr 1988-ci ildə PanAm Hava Yollarına məxsus Londondan Nyu-Yorka uçan sərnişin təyyarəsi Şotlandiyanın Lokerbi şəhəri üzərində havaya qalxdıqdan 38 dəqiqə sonra partlamış və ümumilikdə 190-ı ABŞ vətəndaşı olmaqla, 270 nəfər həlak olmuşdu. Lokerbi faciəsini araşdıran Şotlandiya Baş Prokurorluğu saxlanılan şəxsin Əbu Aqila Məhəmməd Məsud olduğunu müəyyən edib. ABŞ Ədliyyə Nazirliyi saxlanılan şəxsin dindirilmək üçün Vaşinqtonda hakim qarşısına çıxarılacağını açıqlayıb. Əvvəllər agent olduğu bildirilən Məsudun Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin aparıcı bomba istehsalçılarından biri olduğu qeyd edilib. Məsudun ABŞ tərəfindən necə saxlanıldığı ilə bağlı qeyri-müəyyənlik davam edir. ABŞ Ədliyyə Nazirliyinin sözçüsü təfərrüatların tezliklə açıqlanacağını bildirərkən “New York Times” qəzeti Məsudun Amerika daxili kəşfiyyat xidməti FTB tərəfindən həbs edildiyini və hazırda ABŞ-a ekstradisiya edildiyini yazıb. RUBRİKA.AZ Geri qayıt |