Əsas Səhifə > İdman > DÇ-2022: Bu gün ilk finalçı bəlli olacaq

DÇ-2022: Bu gün ilk finalçı bəlli olacaq


13-12-2022, 12:57
DÇ-2022: Bu gün ilk finalçı bəlli olacaq

Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

Bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq.
"Lusail" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.
Cənubi Amerika təmsilçisi əvvəlki mərhələdə Niderlandı, avropalılar isə Braziliyanı mübarizədən kənarlaşdırıb.
Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.

DÇ-2022

Yarımfinal

13 dekabr

23:00. Argentina - Xorvatiya

Baş hakim: Daniele Orsato (İtaliya)

"Lusail" stadionu

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.(report.az)

Rubrika.Az
Geri qayıt