Əsas Səhifə > Cəmiyyət > Müəllimlər Bakı-Quba yolunda qəzaya düşüb, ölən və yaralananlar var

Müəllimlər Bakı-Quba yolunda qəzaya düşüb, ölən və yaralananlar var


13-12-2022, 13:26
Müəllimlər Bakı-Quba yolunda qəzaya düşüb, ölən və yaralananlar var

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər...

Rubrika.Az xəbər veri ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.
O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: "Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar".

Rubrika.Az
Geri qayıt