Əsas Səhifə > İdman > DÇ-2022: Bu gün Argentina millisinin finaldakı rəqibi bəlli olacaq
DÇ-2022: Bu gün Argentina millisinin finaldakı rəqibi bəlli olacaq14-12-2022, 09:22 |
|
Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək... Mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq. Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç "Əl Bayt" stadionunda oynanılacaq. Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək. DÇ-2022 Yarımfinal 14 dekabr 23:00. Fransa - Mərakeş Baş hakim: Sezar Ramos "Əl Bayt" stadionu Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.(report) Rubrika.az Geri qayıt |