Əsas Səhifə > Dünya > Rusiya MN: “Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün danışıqlar davam edir”
Rusiya MN: “Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün danışıqlar davam edir”16-12-2022, 10:08 |
|
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb... Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar aparırlar. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin sabitləşdirilməsi və Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir”, - məlumatda deyilir. Nazirlikdən bildirilib ki, sülhməramlılar həmçinin ərazidəki otuz müşahidə məntəqəsində gecə-gündüz monitorinq aparırlar. “Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir pozuntu və ya təxribat qeydə alınmayıb”, - deyə nazirlik əlavə edib.(oxu.az) RUBRİKA.AZ Geri qayıt |