Əsas Səhifə > Cəmiyyət > Bakıda oğulun atasını bıçaqlaması faktı ilə bağlı cinayət işi başlanılıb

Bakıda oğulun atasını bıçaqlaması faktı ilə bağlı cinayət işi başlanılıb


16-12-2022, 10:27
Bakıda oğulun atasını bıçaqlaması faktı ilə bağlı cinayət işi başlanılıb

Bakıda oğulun atasını bıçaqlaması faktı ilə bağlı cinayət işi başlanılıb.

Hadisə dekabrın 15-də paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü E.Ağayev ailə münaqişəsi zamanı yaşadıqları evdə atası, 1982-ci il təvəllüdlü Ağayev Qiyamət Muğan oğlunun ürək nahiyyəsinə daxilə nüfuz edən bıçaq zərbəsi yetirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
E.Ağayev şübhəli şəxs qismində tutulub.(Report.az)

RUBRİKA.AZ

Geri qayıt