Əsas Səhifə > Müsahibə > Ahmet Hakan: “Məhkəmənin qərarı ilə çox böyük siyasət yürüdüldü”
Ahmet Hakan: “Məhkəmənin qərarı ilə çox böyük siyasət yürüdüldü”16-12-2022, 12:22 |
|
Hürriyet qəzetinin baş redaktoru Ahmet Hakan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrəm İmamoğlunun həbs qərarını dəyərləndirib... “İmamoğlunun adı gündəmə gəldi, Kılıçdaroğlunun adı arxa plana keçdi, Akşenerin əli yüngülləşdi və s. Bütün bunlar yalnız bir hakimin verdiyi qərarla oldu”. RUBRİKA.AZ PİA.az-a istinadla xəbər verir ki, Hürriyet qəzetinin baş redaktoru Ahmet Hakan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrəm İmamoğlunun “Yüksəl Seçim Kurulu üzvlərini təhqir etməsi” iddiasıyla verilən həbs və siyasi qadağa qərarını “Qərarla böyük siyasət yürüdüldü”, ifadəsi ilə dəyərləndirib: “Təbii ki, məhkəmənin qərarına əməl olunur. Amma bu o demək deyil ki, məhkəmənin qərarı tənqid olunmur, məhkəmənin qərarına qarşı çıxmıılr, məhkəmənin qərarında səhv tapılmır. Məhkəmənin İmamoğlu ilə bağlı qərarını həm tənqid edirəm, həm də ona qarşıyam və bunu yanlış hesab edirəm. Mən də bunu təsadüfən demirəm. Mən işi araşdıraraq, ekspertiza rəylərinə baxaraq deyirəm. Məsələnin daha ciddi tərəfi var: Bu məhkəmə qərarı öz nəticələri baxımından siyasəti formal və açıq şəkildə tənzimləyirdi. İmamoğlu adı gündəmə gəldi, Kılıçdaroğlu adı arxa plana keçdi, Akşenerin əli yüngülləşdi və s... Bütün bunlar yalnız bir hakimin verdiyi qərarla oldu. Və ən azı super mübahisəli bir qərarla”, deyə Ahmet Hakan yazır. RUBRİKA.AZ Geri qayıt |