Əsas Səhifə > Cəmiyyət > Avropada və Azərbaycanda korrupsiya cinayətlərinin sayı – Tam siyahı
Avropada və Azərbaycanda korrupsiya cinayətlərinin sayı – Tam siyahı20-12-2022, 14:57 |
|
Yunanıstan korrupsiya faktına görə Avropa İttifaqı ölkələri arasında liderdir... Xəbər verdiyimiz kimi, ötən həftə Avropa Parlamentinin Yunanıstandan olan sədr müavini Eva Kaili Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya işinə görə Belçikada saxlanılıb. RUBRİKA.AZ yeniavaz.com-a istiandla xəbər verir ki, belə bir faktın ortaya çıxması əksər Avropa vətəndaşları üçün böyük sürpriz olmayıb. Avropa İttifaqı ölkələrində keçirilən sorğuda respondentlərin orta hesabla 68%-i öz ölkələrində korrupsiyanın geniş yayıldığını bildiriblər. Yunanıstan korrupsiya faktına görə Avropa İttifaqı ölkələri arasında liderdir. Danimarkalıların fikrincə isə ölkələrində korrupsiya o qədər də geniş yayılmayıb. Belə ki, Yunanıstanda sorğu iştirakçılarının 98%-i ölkələrində korrupsiyanın olduğuna inandıqları halda, bu göstərici Danimarkada 16% olub. Son 5 ildə Avropa İttifaqı ölkələrində qeydə alınan korrupsiya faktı da rəy sorğusu ilə üst-üstə düşür. 2016-2021-ci illərdə Yunanıstanda 114, Danimarkada isə cəmi 7 cinayət faktı qeydə alınıb. Avropa İttifaqının Statistik Tədqiqatlar Departamentinin məlumatına görə, son 5 ildə Avropa İttifaqı ölkələrində qeydə alınan korrupsiya cinayətlərinin sayı aşağıdakı kimi olub. Yunanıstan – 114 Almaniya – 99 Rumıniya – 88 İtaliya – 87 İspaniya – 77 Fransa – 73 Niderland – 60 Kipr – 44 Avstriya – 43 Bolqarıstan – 38 Xorvatiya – 37 Belçika – 36 Çexiya – 34 Macarıstan – 34 Polşa – 32 Portuqaliya – 30 Latviya – 29 Solvakiya – 28 İsveç – 21 Lüksemburq – 20 Litva – 19 İrlandiya – 18 Malta – 17 Sloveniya – 14 Finlandiya – 12 Estoniya – 11 Danimarka – 7 Məlumat üçün onu da qeyd edək ki, son 5 ildə Azərbaycanda korrupsiya faktı ilə bağlı 1259 cinayət faktı qeydə alınıb. Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, 2016-2021-ci illərdə korrupsiya faktı üzrə açılan cinayət işlərinin sayı illər üzrə aşağıdakı kimi olub: 2016-cı il – 159 2017-ci il – 181 2018-ci il – 222 2019-cu il – 231 2020-ci il – 205 2021-ci il – 261 RUBRİKA.AZ Geri qayıt |