Əsas Səhifə > Dünya > Vatikan və ABŞ 200 ölkənin imzaladığı sənədi niyə rədd etdi?
Vatikan və ABŞ 200 ölkənin imzaladığı sənədi niyə rədd etdi?20-12-2022, 13:38 |
|
Dekabrın 19-da Kanadanın Monreal şəhərində planetin vəhşi təbiətinin müxtəlifliyinin qorunmasına həsr olunmuş konfransda (COP15) 200-ə yaxın ölkə tarixi sənədə imza atıb. İştirakçı dövlətlər 2030-cu ilə qədər planetin 30%-ni qorunan ərazilər kimi tanımaq, ekoloji cəhətdən problemli ərazilərin 30%-ni bərpa etmək qərarına gəliblər. İnkişaf etmiş ölkələr biomüxtəlifliyin qorunması üçün 30 milyard dollar ayırmağı vəd ediblər. Məlumata görə, müqaviləni yalnız ABŞ və Vatikan imzalamayıb. Rubrika.Az Geri qayıt |