Əsas Səhifə > Siyasət > İlham Əliyev “Yüksəliş”lə bağlı sərəncam imzaladı
İlham Əliyev “Yüksəliş”lə bağlı sərəncam imzaladı20-12-2022, 17:19 |
|
Prezident İlham Əliyev 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 manat ayrılıb. Rubrika.az Geri qayıt |